Qaçırdığı maşınla sərnişin götürüb rayona getdi
13 dekabr 2021 18:44 (UTC +04:00)

Qaçırdığı maşınla sərnişin götürüb rayona getdi

0

Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dekabrın 12-də saat 1 radələrində Qaraçuxur qəsəbəsində yaşayan B.Mehdiyevə məxsus “AzSamand” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil dekabrın 12-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü M.Əlizadə və sərnişini Ş.Babayev saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1948

Oxşar yazılar