Yakutiyada naməlum polis əməkdaşları sübut kimi saxlanılan az qala bir kiloqram narkotik maddəni oğurlayıblar.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, narkotik oğurluğu faktı Peredui kəndində bir kiloqram qadağan olunmuş maddələrin aşkar edilməsi işi üzrə məhkəmə iclası zamanı üzə çıxıb.
Əsas sübutun nümayişi zamanı narkotik torbası olan prokuror onun açıldığını görüb. Təkrar ekspertiza təsdiqləyib ki, içəridə qadağan olunmuş maddələr yoxdur - kimsə onları əvəz edib.
Məlumata əsasən, oktyabrın 30-da İstintaq Komitəsi narkotik vasitələrin oğurlanması ilə bağlı cinayət işi açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları paketin içindəkiləri əvəz edən şəxsi axtarır.