Parlament sədri mənimsəməyə görə həbs edildi
30 aprel 2024 15:52 (UTC +04:00)

Parlament sədri mənimsəməyə görə həbs edildi

Rusiyanın Nijni Novqorod Şəhər Dumasının sədri Oleq Lavriçev istintaqın tələbi ilə mənimsəmə ittihamına görə iki ay müddətinə həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət təxminən 22,5 milyon rubldan (təxminən 409 min 500 manat) gedir.

Nijni Novqorod parlamentinin rəhbəri aprelin 28-də Donetsk Xalq Respublikasına humanitar yardım apararkən saxlanılıb. Moskva rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı işə baxılıb.

Müstəntiqlərin fikrincə, Lavriçev bir qrup şəxslə birlikdə proqram və aparat sistemlərinin: rentgen, mammoqrafiya və ultrasəs aparatlarının alınması üçün ayrılmış vəsaiti oğurlayıb. Cinayət 2018-2019-cu illərdə P.İ. adına Arzamas Cihazqayırma Zavoduna rəhbərlik etdiyi dövrdə baş verib.

Lavriçev özü təqsiri etiraf etməkdən imtina edərək ev dustaqlığına buraxılmasını istəyib. Vəkili onu da qeyd edib ki, siyasətçi Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, bu o deməkdir ki, o, hazırda hərbi qulluqçu statusundadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Oxşar yazılar