Paraşütçünün meyiti bir gün ağacdan asılı  qaldı
28 avqust 2026 18:57 (UTC +04:00)

Paraşütçünün meyiti bir gün ağacdan asılı qaldı

0

Kabardin-Balkariyada dərədə paraplanla uçan şəxs qəzaya uğrayaraq həlak olub.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, onun cəsədi yamacdakı ağacda ilişib və təxminən bir sutka orada qalıb.

Məlumata görə, Çerek dərəsində ağacda ilişib qalmış paraşüt barədə xilasedicilərə bir gün əvvəl məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər Sverdlovsk vilayətindən olan 69 yaşlı paraplançının cəsədini aşkarlayıblar. Xilasedicilər çatanda o artıq ölü olub.

Məlumata görə, onun cəsədi ölümündən bir gün sonra ərazidən təxliyə edilib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar