Türkiyənin Marmaris vilayətinin bələdiyyə sədri Mehmet Oktay özünü Azərbaycan FHN-in əməkdaşı kimi təqdim edən şəxslə görüşüb.
Lent.az xəbər verir ki, bu barədə bələdiyyə sədri özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, paylaşımda FHN-in polkovniki Rasim Əhmədlə görüşdüyünü qeyd edib. Mehmet Oktay bildirib ki, R.Əhməd ötən ilin avqust ayında Türkiyədəki yanğınlar zamanı buraya gələrək yanğınların söndürülməsində fəal iştirak edib.
Amma sonradan Rasimin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmadığı üzə çıxıb. Hətta bununla bağlı Türkiyədə araşdırma da aparılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Lent.az-a həmin şəxsin FHN əməkdaşı olmadığını deyib. Onun sözlərinə görə, FHN-in bu ad və soyadda əməkdaşı yoxdur.
Qeyd edək ki, Marmaris bələdiyyə sədri görüş əsnasında Rasim Əhmədə plaket də verib.
"Qarabağ qaziləri" birliyindən Lent.az-a bildirilib ki, bu ad və soyadda qazi yoxdur: "Bu adam vaxtilə müxtəlif adlardan istifadə edərək dələduzluqlar edib".