Blogger Şəhla Həsənli "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qarşı tərəfin vəkili prosesə gəlmədiyi üçün təxirə salınıb.
Əldə etdiyimiz məlumata görə, xanım bloggerin iddiasına görə tiktoker "Beniz" canlı yayımlarında onun qızını ölümlə hədələyib.
Eyni zamanda, xanım bloggerin ailə üzvlərinin şəkillərini feyk profillə açılmış səhifələrdə paylaşdırıb.
Qeyd edək ki, "Beniz" ləqəbli tiktokerin adı digər bir cinayət işində də keçir.
Onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.
O, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.