Ordumuzun  itkin düşən əsgəri  dəfn edildi
12 iyun 2024 00:13 (UTC +04:00)

Ordumuzun itkin düşən əsgəri dəfn edildi

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri dəfn edilib.

Lent.az xəbər verir ki, Ceyhun Huseynovun nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib. 

C.Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri keçirilib.

İstintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4026
avatar

Oxşar yazılar