Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunur.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.