Olimpiya çempionunu ildırım   vurub öldürdü
17 iyul 2025 12:53 (UTC +04:00)

Olimpiya çempionunu ildırım vurub öldürdü

Norveçli Olimpiya xizək yarışı mükafatçısı Audun Qrunvoldu ildırım vuraraq öldürüb.

Lent.az xəbər verir ki, Norveç Xizək Federasiyası çərşənbə günü 49 yaşlı idmançının onun ildırım vurması nəticəsində həlak olduğunu açıqlayıb.

Federasiya bildirib ki, Qrunvold xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qrunvold sərbəst və xizək krossuna keçməzdən əvvəl Norveç dağ xizək komandasının üzvü idi. O, 1999-cu ildə İspaniyanın Sierra Nevada şəhərində dağ xizəyi üzrə Dünya Kubokunda bir podium qazanaraq, üçüncü yeri tutub.

O, həmçinin 2005-ci il Dünya Çempionatında və 2007-ci ildə Xizək Kross üzrə Dünya Kubokunda bürünc medal qazanıb.

Karyerasını bitirdikdən sonra milli komandanın məşqçisi və televiziya şərhçisi olub.

Onun həyat yoldaşı Kristin Tandberq Hauqşo bildirib ki, hadisə onlar yay tətilində olarkən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar