Oğuzda ağaca çırpılan maşın parça-parça olub, sürücü ağır yaralanıb -VİDEO
28 iyul 2024 17:45 (UTC +04:00)

Oğuzda ağaca çırpılan maşın parça-parça olub, sürücü ağır yaralanıb -VİDEO

Oğuzda minik avtomobili ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz rayon sakini 34 yaşlı Nicat Əlövsət oğlu Məmmədəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. N. Məmmədəliyevə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar