Oğurladığı pulları yandırdı
08 mart 2025 16:21 (UTC +04:00)

Oğurladığı pulları yandırdı

Rusiyanın Orenburq vilayətində sərxoş kişi oğurladığı pulları yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sol-İletsk şəhərində baş verib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs spirtli içki alarkən yaşlı qadının çantasında külli miqdarda pul olduğunu görüb. O, təqaüdçünün evinə gedib 91 yaşlı qadına hücum edərək, onun pulla dolu çantasını alıb və yoxa çıxıb.

“Təqsirləndirilən şəxs cəmi 300 min rubl (təxminən 5730 manat) tapıb, qalan pul isə gizli cibdə olub və onu tapmayıb. Adam sübutları məhv etmək üçün çantanı və onunla birlikdə gizlədilən pulu yandırıb”, - prokurorluqdan bildiriblər.

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb və faktla bağlı cinayət işi açılıb. İstintaq materialları baxılmaq üçün məhkəməyə verilib. Qulduru 7 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar