
Oğrular qaçırdıqları maşını sahibinə qaytardılar - “Bizim də ürəyimiz var”
Yanvarın ortalarında İtaliyanın Bari şəhərində 56 yaşlı bir qadının “Fiat Doblo” avtomobili qaçırılıb.
Lent.az-ın xaricimediaya istinadla verdiyi xəbərə görə, qızı “Facebook”da avtomobilin fotosunu yayımlayıb və bu “Fiat”ın skleroz xəstəliyindən əziyyət çəkən anası üçün yeganə vasitə olduğunu söyləyib.
Qaçırılan “Fiat Doblo” qadının gündəlik həyatı üçün çox vacib idi - əlilliyi olan sürücü üçün uyğunlaşdırılıb, pandus və əlil arabası ilə təchiz edilib.
Qızın “əlinizi ürəyinizə qoyun və bizə qaytarın” sözləri “Facebook”da çox populyar olub, bütün şəhər bu əhvalatı öyrənib. Görünür ki, maşını qaçıranlar da bunu görüblər.
Bir neçə gün sonra “Fiat” şəhər xəstəxanalarından birinin yanında park edilmiş vəziyyətdə tapılıb. Avtomobilin ön oturacağında cinayətkarlardan bir qeyd olub: “Bizim də ürəyimiz var, üzr istəyirik, xəstəliyinizdən xəbərimiz yox idi”.
Avtomobili geri qaytarılan Damiani ailəsi, yerli bir xeyriyyə təşkilatına bağışlanması planlaşdırılan əlillər üçün bir avtomobil almaq üçün vəsait toplanmağa başladığını elan edib.

Oxşar yazılar

Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib-FOTO-YENİLƏNİB
8 mart 2021 , 10:53
Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00