Altay rayonunda ögey ata hamamda 13 yaşlı oğlanı anasının gözü qarşısında zorlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu, Sarasa kəndində çoxuşaqlı ailədə baş verib. Ümumilikdə, həyat yoldaşlarının üç övladı var, lakin ən böyüyü hadisəni törədənin ögey oğludur.
Qadın 13 yaşlı oğlu və əri ilə hamama gedib. Ailə başçısı çox içib, buxar otağına girib və oğlanı incitməyə başlayıb. O, qadını itələyərək yeniyetməyə hücum edib.
Ana oğlunu qoruya bilməsə də, polisə müraciət edib. Ögey ata saxlanılıb, barəsində iş başlanıb. Qeyd olunur ki, rusiyalı əvvəllər də qətl törətməkdə təqsirli bilinib.