“OBA Market”in Göyçayda fəaliyyət göstərən filiallarından birində karantin qaydaları pozulub.
Lent.az-ın məlumatına görə, yoxlamalar zamanı marketlər şəbəkəsinin Göyçaydakı filiallarından birində karantin rejimi qaydalarının pozulması aşkarlanıb. Bu səbəbdən “OBA Market” barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib. İş hakim İbrahim Fəttahovun icraatına verilib.
Xatırladaq ki, həmin maddə əsasında “OBA Market”I 400 manat məbləğində cərimə gözləyir.