Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun 2021-ci ildə görülmüş işlərlə bağlı keçirilən əməliyyat müşavirəsində qeyd olunub. Bildirilib ki, intizam məsuliyyətinə cəlb olunanlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər isə vəzifədən azad olunub.
Həmçinin 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.