Nömrəsiz sürdüyü "07"nin videosunu TikTok-da paylaşdı, həbs olundu - VİDEO
13 dekabr 2024 12:11 (UTC +04:00)

Nömrəsiz sürdüyü "07"nin videosunu TikTok-da paylaşdı, həbs olundu - VİDEO

Paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005

Oxşar yazılar