Nikahdankənar münasibətdə olan sevgililərə 100 qamçı  vurdular - Huşları itdi
22 may 2026 19:20 (UTC +04:00)

Nikahdankənar münasibətdə olan sevgililərə 100 qamçı vurdular - Huşları itdi

0

İndoneziyanın şəriət qanunlarının tətbiq olunduğu Açe əyalətində nikahdankənar münasibətdə olduqları bildirilən bir cütlük ictimaiyyət qarşısında hər biri 100 şallaq cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cəza zamanı gənc qadının halı pisləşərək huşunu itirib.

Müsəlman əhalinin üstünlük təşkil etdiyi İndoneziyada şəriət qanunlarının tətbiq edildiyi yeganə bölgə olan Açedə nikahdankənar münasibət, alkoqol qəbulu, qumar və eynicinsli münasibətlər kimi əməllər şallaq cəzası ilə cəzalandırılır.

Qeyd edək ki, bu ilin yanvar ayında da daha bir cütlük alkoqol qəbul edib nikahdankənar münasibətdə olduqları səbəbilə 140 şallaq cəzasına məhkum edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar