Çukotka Muxtar Dairəsində ayı evə girib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, avqustun 24-nə keçən gecə Bilibino şəhərində baş verib. Gecə saatlarında yırtıcı 71 yaşlı pensiyaçının evinə girib. Yaşlı qadın səs-küy və uğultu səslərinə oyanıb. Eşikdə bir ayı görən nənə özünü itirməyib. O, masanın üstündə olan qəzeti büküb və heyvanı onunla döyüb.
Ayı qorxusundan qaçıb. Bundan sonra nənə polisə müraciət edib. Müraciətlə əlaqədar gələn aidiyyatı qurum əməkdaşları həyətdə ayının izlərini tapsalar da, onu tuta bilməyiblər. Onlara heyvanı vurmaq üçün icazə verilib və axtarışlar davam edir.