Nazim Bəydəmirli şifahi və yazılı üzr istəməyə hazırdır  - Vəkili DANIŞDI
11 iyul 2023 14:53 (UTC +04:00)

Nazim Bəydəmirli şifahi və yazılı üzr istəməyə hazırdır - Vəkili DANIŞDI

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirli “xətrinə dəydiyi şəxslərdən üzr istəməyə hazır olduğunu” açıqlayıb.

Lent.az xəbər verir ki, bunu onun vəkili Aqil Layıc “Turan”a açıqlamasında bildirib.
 
Vəkil deyib ki, iyulun 10-da həbsdə olan Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

Aqil Layıcın sözlərinə görə, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb: "Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur) bağlıdırsa, o payı istənilən şəxsə bağışlamağa hazırdır”.  
 
Vəkil onu da bildirib ki, müvəkkilinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldırılacaq.  

Qeyd edək ki, Nərimanov rayon məhkəməsi 2023-cü il iyulun 5-də Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində  məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar