Narkotik çəkən taksi sürücüsü  SAXLANILDI
12 avqust 2024 11:51 (UTC +04:00)

Narkotik çəkən taksi sürücüsü SAXLANILDI

Narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən Ağcəbədi rayon sakini Y.Sadıqov saxlanılıb.

Tibbi müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Fidan İlqar

Oxşar yazılar