Azərbaycanda İranın casus şəbəkəsinə qarşı növbəti həbs dalğasının başlaması barədə xəbər vermişdik.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron sakini Samir Piriyev də saxlanılıb.
S.Piriyev Müsəlman Birliyi Hərəkatının üzvü olub.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.Piriyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.