Azərbaycanda İranın casus şəbəkəsinə qarşı növbəti həbs dalğası başlayıb.
Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Aslan Qasımov, Şəmkir sakinləri Bəhruz Cəfərov, Sənan Əliyev və Bakı şəhər sakini İsmayıl Ağayev tutulublar.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.