Münhendən Tokioya uçan təyyarə Bakıya təcili eniş etdi - SƏBƏB
05 noyabr 2023 21:25 (UTC +04:00)

Münhendən Tokioya uçan təyyarə Bakıya təcili eniş etdi - SƏBƏB

“Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, buna təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3615

Oxşar yazılar