Rusiyada Ukraynadakı müharibədən qayıdışını qeyd edən “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşən kişi güllələnib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qətl mayın 24-də axşam saatlarında İrkutsk vilayətinin Karaxun kəndində baş verib.
“Vaqnerçi” Yuri S. dostu Konstantinlə içki içib. Səbəb çox sadə olub: bir gün əvvəl bir “Vaqner”çi döyüşçü Ukraynadakı müharibədən qayıdıb.
"Lakin məclis zamanı kişilər mübahisə edib və Konstantin silahı götürərək Yuriyə atəş açıb. Onuxilas etmək mümkün olmayıb. Konstantin özü polisi hadisə yerinə çağırıb, indi onu qətlə görə cinayət işi gözləyir", - məlumatda vurğulanır.