Müəllimlərin olduğu avtomobil dərəyə aşdı - Ata və oğlunun vəziyyəti ağırdır
09 oktyabr 2022 16:33 (UTC +04:00)

Müəllimlərin olduğu avtomobil dərəyə aşdı - Ata və oğlunun vəziyyəti ağırdır

Lənkəranda baş verən qəzada ata və övladı xəsarət alıb.

APA -nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Osaküçə kəndi ərazisində baş verib.

1969-cu il təvəllüdlü Lənkəran rayon Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb və 200 m hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü və oğlu - 1996-cı il təvəllüdlü Lənkəran rayon Günəhir kənd sakini Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Kənd sakinlərinin köməyi ilə onlar dərədən çıxarılıb, təcili tibbi yardımın avtomobili ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hər iki şəxs Günəhir kənd məktəbinin müəllimləridir.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4515
avatar

Oxşar yazılar