Metroda qatarlar  10 dəqiqə   gecikdi - SƏBƏB  -YENİLƏNİB
15 may 2024 18:10 (UTC +04:00)

Metroda qatarlar 10 dəqiqə gecikdi - SƏBƏB -YENİLƏNİB

Yaşıl xətt üzrə "Nizami" stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.

“Bakı Metropoliteni” Qaparlı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar

Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib. 

Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Halı pisləşən gənc qadına isə "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım xidməti dəvət edilib. Tibbi yardım göstərildikdən sonra qadın sərnişin yanında olan ailə üzvü ilə birlikdə yoluna davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Arzu Qurbanlı

Oxşar yazılar