Metroda qadının telefonu oğurlandı
02 dekabr 2021 13:01 (UTC +04:00)

Metroda qadının telefonu oğurlandı

Bakı metrosunda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 24-də “Gənclik” stansiyasında Bakı şəhər sakini Ş.Rəcəbovanın mobil telefonu oğurlanıb.

Bu barədə Metroplitendə Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini A.Xəlilov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Mehman Nəbiyev

Oxşar yazılar