ABŞ-ın Cənubi Karolina ştatında polis meşədə ruhi xəstəni öldürən cinayətkarı yaxalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəlcə Nikolas Ueyn Hamlett dostu Stiven Duqlas Lloydun etimadını qazanaraq, onu meşəyə aparıb və sənədlərini oğurlamaq üçün onu öldürüb. Bundan sonra həmin şəxs polisə zəng edərək hadisədə ayını günahlandırıb və saxta adla qaçıb. O iddia edib ki, dostunu meşədə ayı parçalayıb.
45 yaşlı cinayətkar getdiyi xəstəxanada tapılıb.
Məlum olub ki, Hamlet bu yaxınlarda həbsdən şərti olaraq azad edilib, lakin əməl etməli olduğu qaydaları pozub. Bundan əvvəl də o, Alabama ştatında bir adamı meşəyə aparıb orada öldürməyə cəhd etdiyi üçün həbs edilib.