Mərmər zavodunun zirzəmisində silah anbarı tapıldı - VİDEO
25 sentyabr 2023 10:48 (UTC +04:00)

Mərmər zavodunun zirzəmisində silah anbarı tapıldı - VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2966

Oxşar yazılar