Məktəbli qızı maşında soyundurub  döydülər
23 may 2024 13:04 (UTC +04:00)

Məktəbli qızı maşında soyundurub döydülər

Rusiyanın Krasnoqorsk şəhərində iki yeniyetmə 13 yaşlı məktəbli qıza maşında təcavüz edib. Yeniyetmələr müqavimət göstərə bilməməsi üçün qıza səs-küylü tapança ilə bir neçə zərbə endiriblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, 13 yaşlı məktəbli özündən böyük dostları ilə gəzintiyə çıxıb. Məktəbli 15 yaşlı tanışı və 16 yaşlı rəfiqəsi ilə maşında olub. Yeniyetmələr uşağı incitməyə başlayıb və onu soyunmağa məcbur ediblər. Qızın müqavimət göstərməməsi üçün tapança ilə onu vurublar.

Uşağı azğın yeniyetmələrin əlindən anası xilas edib. Qadın qohumu ilə birlikdə yeniyetmələrin qanunsuz hərəkətlərinin qarşısını alıb və qızı maşından çıxara bilib. Ailə polisə şikayət edib, yeniyetmələr saxlanılıb.

Faktla bağlı istintaq ibtidai araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Oxşar yazılar