Qobustan rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Xilmilli kəndində qeydə alınıb.
Orada yaşayan, 16 yaşlı Aysel Qəmbərova yaşadığı evin həyətindəki ağacdan özünü asıb. Onun asılmış meyiti ailə üzvləri aşkar edib.
Yeniyetmə qızın intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.