Məhkumdan rüşvət alan həbsxana rəisi  belə cəzalandırıldı
26 noyabr 2024 09:22 (UTC +04:00)

Məhkumdan rüşvət alan həbsxana rəisi belə cəzalandırıldı

Qazaxıstanın Akmola vilayətində həbsxana rəisi məhkumdan rüşvət alıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Stepnoqorsk şəhər məhkəməsi dələduzluğa cəhdə görə prosessual ittiham razılaşması ilə cinayət işinə baxıb.

Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəməyə vəsatət qaldırıb, hazırda o işə baxılır.

Məhkum bu tələbləri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Vəsatətin həll ediləcəyinə söz verən həbsxananın rəisi ondan pul istəyib və pulu alarkən saxlanılıb.

Məhkəmə onu ömürlük dövlət qulluğunda vəzifə tutma hüququndan məhrum edilməklə, cinayət nəticəsində əldə etdiyi pulu dövlətə müsadirə etməklə, məbləğin 7,5 misli (45 milyon tenge) məbləğində cərimələyib.

Məhkəmə aktı qanuni qüvvəyə minməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar