Masazırda "İnfiniti"dən oğurluq edilib
27 may 2023 16:58 (UTC +04:00)

Masazırda "İnfiniti"dən oğurluq edilib

0

Abşeronda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 13-də Masazır qəsəbəsi ərazisində “İnfiniti” markalı bir avtomobildən içərisində 500 manat olan cüzdan oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Məmnmədov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1962

Oxşar yazılar