30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva Günəşli seçiciləri ilə təbliğat –təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər keçirib.
Deputatlığa namizədlə görüşdə Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açıb.
Daha sonra deputatlığa namizəd Sevinc Fətəliyeva Milli Məclisin deputatı kimi ötən illər ərzindəki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında seçicilərə məlumat verib.
Görüşdə iştirak edən qəsəbə sakinlərindən Sevinc Zamanova, Roza Babayeva, Sevda Hacıyeva, Əmirsultan Abdullayev parlament seçkilərində Sevinc Fətəliyevaya uğurlar arzulayıblar.
Görüşdə iştirak edən qəsəbə sakinləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.