Lerikdə təbiətə ziyan vuran 5 nəfər cərimələndi
30 avqust 2023 16:59 (UTC +04:00)

Lerikdə təbiətə ziyan vuran 5 nəfər cərimələndi

Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Lerikdə tədbirlər keçirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub. Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25