lerikdə mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki bir mağazadan 300 manat pul, 1000 manat dəyərində tütün məmulatı, orada quraşdırılmış ödəmə terminalından 2800 manat pul oğurlanıb. Həmçinin mağazasının müşahidə kamerasının yaddaş qurğusu sındırılıb.
Baş Cinayət Axtarışı İdarəsi və Lerik rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Dadaşov müəyyən olunaraq saxlanılıb.