Lənkəranda nişanlı gənc avtoqəzada öldü - FOTO
23 iyul 2021 03:18 (UTC +04:00)

Lənkəranda nişanlı gənc avtoqəzada öldü - FOTO

Lənkəranda avtomobil su kanalına aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Lerik-Lənkəran yolunun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini olan Aqil Fəxrəddin oğlu Əliyevin idarə etdiyi 90-MP-585 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl yol kənarındakı rabitə dirəyini aşırıb, sonra isə boş olan su kanalına düşüb. Hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları gəlib. Minik avtomobilində heç kimin olmadığını görən xilasedicilər müəyyən axtarışlardan sonra hadisə yerindən 35-40 metr aralıda sürücü A.Əliyevin meyitini tapıblar. Meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Məlumata görə, mərhum nişanlı imiş və Bakıdan rayona bayramlaşmağa gedib. Bir neçə gün sonra isə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763

Oxşar yazılar

"28 may"da mağaza yandı

"28 may"da mağaza yandı

17 mart 2025 , 03:41
Rəssam Nağdəli Xəlilov

Nağdəli Xəlilov vəfat etdi

17 mart 2025 , 00:55
Ənvər Həsənov vəfat etdi , Buzovnada dəfn olunacaq

Ənvər Həsənov vəfat etdi, Buzovnada dəfn olunacaq

16 mart 2025 , 23:04
Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu -YENİLƏNİB

Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu-YENİLƏNİB

16 mart 2025 , 21:20
Ziyadxan Əliyev vəfat etdi

Ziyadxan Əliyev vəfat etdi

16 mart 2025 , 21:13
Zaqatalada yol qəzası baş verib, ölən şəxsin kimliyi məlum olub

Zaqatalada yol qəzası baş verib, ölən şəxsin kimliyi məlum olub

16 mart 2025 , 20:55
Qurban Məmmədov istintaqa çağırıldı

Qurban Məmmədov istintaqa çağırıldı

16 mart 2025 , 20:29
Tural Sadıqlı istintaqa çağırıldı

Tural Sadıqlı istintaqa çağırıldı

16 mart 2025 , 20:15