Lənkəranda narkotik çəkən sürücü saxlanıldı
06 iyun 2024 14:45 (UTC +04:00)

Lənkəranda narkotik çəkən sürücü saxlanıldı

Lənkəranda saxlanılan sürücünün narkotikin təsiri altında olması üzə çıxıb.

Lent.az xəbər verir ki, Mirəli Hüseynov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsində işıq sistemi nasaz olduğu və konstruksiya dəyişikliyi edildiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı M. Hüseynovun narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib.

Barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar