Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, itkin düşən 55 yaşlı İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
***
09:51
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 55 yaşlı İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.