Lənkəranda hosteldə meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Nəsimi küçəsində yerləşən hosteldə qeydə alınıb.
Burada 61 yaşlı Ukrayna vətəndaşı Aleksandr Salovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məlumata görə, məhrum martın 1-də Lənkərana turist qismində gəlib.
Faktla bağlı araşdırma aparılır.