Lənkəranda 10 gün əvvəl arvadına, sonra özünə xəsarət yetirən şəxs ölüb.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, martın 5-də Lənkəran rayonunun Mamusta kəndində 69 yaşlı Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 72 yaşlı Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirib. Ş.Məlikov şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun bu gün Bakıda saxlanıldığı istintaq təcridxanasında öldüyü bildirilir.
Ş.Məlikovun ürək tutmasından vəfat erdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.