Bakıda avtobusla qəzada yaralanan sürücü öldü
08 oktyabr 2026 09:25 (UTC +04:00)

Bakıda avtobusla qəzada yaralanan sürücü öldü

0

Dünən Bakıda avtobusun iştirakı ilə yol qəzası olması barədə xəbər vermişdik.

Lent.az-ın xəbərinə görə, hadisə səhər saat 6 radələrində Xəzər rayonu, Qala-Şüvəlan yolunun, Şüvəlan qəsəbəsi ərazisindən keçən hisəssində baş verib.

Hüseynov Elmar Gülbaba oğlu idarə etdiyi "Daevvo" markalı avtobus ilə Qədimov Elçin Qədim oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub. Nəticədə E. Qədimov xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, həmin gün orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar