Lənkəranda ağır qəza-Ölənlər və yaralılar var -YENİLƏNİB
09 iyun 2024 19:26 (UTC +04:00)

Lənkəranda ağır qəza-Ölənlər və yaralılar var-YENİLƏNİB

Lənkəranda qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, həkimlərin səylərinə baxmayaraq, qəza nəticəsində ağır xəsarət alan 2014-cü il təvəllüdlü Akif Mahmudov komadan çıxmayıb.

Akif Mahmudovun meyiti artıq ailəsinə təhvil verilib.

***

saat 18.07

Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanlar “Tayota Prado”-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, “Mercedes”-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Akif Mahmudovun hələ də komada olduğu bildirilir.

***

saat 16.02

Bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travmasl, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntıs, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

***

saat 14.11

Lənkəranda qəzada 1 nəfər ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

 

***

saat 13.07

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.

“Toyota Prado” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, “Toyota Prado” aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, yaralananlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6051
avatar

Oxşar yazılar