Lahıc yolunda hərəkət bərpa olundu - YENİLƏNİB  - VİDEO
16 may 2026 11:42 (UTC +04:00)

Lahıc yolunda hərəkət bərpa olundu - YENİLƏNİB - VİDEO

0

Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənərək hərəkət bərpa olunub.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

***
09:53

İsmayıllıda sürüşmə olub, yol bağlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, İsmayıllı-Lahıc yolu sürüşmə səbəbindən yenə bağlanıb.

Yolda baş verən torpaq sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb. Sürüşmə Lahıc və Namazgah kəndləri arasındakı hissədə qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, sürüşmədən sonra dağdan qopan iri qaya parçaları və torpaq kütləsi yolun hərəkət hissəsinə tökülərək nəqliyyatın hər iki istiqamətdə hərəkətini mümkünsüz edib.

Əraziyə yol idarəsinin xüsusi texnikası cəlb olunub.

Hazırda yolun qaya və torpaq qatından təmizlənməsi, həmçinin hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar