Bu gün Laçında Azərbaucan ordusunun hərbçilərinin düşdüyü qəza ilə bağlı Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminaliatika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Bu barədə Lent.az-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.
“Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - sorğuya cavabda qeyd olunub.
Xatırladaq ki, bu gün Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
***
Müdafiə Nazirliyi hərbçilərin qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a bildirilib ki, yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib.
Faktla bağlı araşdırma aparılır.
***
saat 17:27
Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.
Hadisə yanvarın 4-də səhər saat 09:30-da baş verib.
Qəza nəticəsində 2 hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.
Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar. /Oxu.az