Kür çayından su nasosu oğurlayıb su qiymətinə satdılar -FOTO
04 oktyabr 2021 10:52 (UTC +04:00)

Kür çayından su nasosu oğurlayıb su qiymətinə satdılar -FOTO

Şirvanda oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə oktyabrın 2-də şəhər ərazində yerləşən köşklərin birinə qanunsuz daxil olan və oradan 1 ədəd elektrikli samovar, müxtəlif növ siqaret, içki və ərzaq məmulatları oğurlayan şəhər sakini, 58 yaşlı Taleh Sətdarov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı oğurluq yolu ilə əldə etdiyi samovar və digər məmulatların bir hissəsi, eləcə də narkotik vasitə olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 30-da Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində quraşdırılmış su nasosunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Xəyal İsmayılov və Röyal Qasımov da saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktlarla əlaqədar Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Mehman Nəbiyev

Oxşar yazılar