"Kral"  şadlıq sarayında ÖLÜM - YENİLƏNİB
01 fevral 2024 14:45 (UTC +04:00)

"Kral" şadlıq sarayında ÖLÜM - YENİLƏNİB

Xəbər verildiyi kimi yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 36 yaşlı Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

30.01.2024, Saat: 12:27

Bakıda kişi hündürlükdən yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Burada aparılan təmir işləri zamanı 36 yaşlı Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində aldığı xəsarətdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7272
avatar

Oxşar yazılar