İsmayıllı rayonunda uşağın döyüldüyü 1 saylı bağça bu dəfə “İnstagram” səhifəsi ilə gündəmə gəlib.
Lent.az-ın məlumatına görə, belə ki, bağçaya məxsus “İnstagram” hesabındakı fotolar silinib.
Qeyd edək ki, həmin səhifədə digər uşaqların da tərbiyəçinin körpənin yemək yeyərkən çəkmək istədiyi fotoları paylaşılmışdı. Həmin fotolar hadisədən sonra izləyicilərin müzakirəsinə səbəb olmuşdu. Sözügedən fotolar sosial şəbəkədə paylaşılaraq, həmin uşaqların da 2 yaşlı körpə kimi döyülərək çəkildiyi iddia olunub.
Bağçanın instagram səhifəsi