Koronavirus xəstəsi Kəlbəcərə gedərkən tutuldu
15 dekabr 2021 11:37 (UTC +04:00)

Koronavirus xəstəsi Kəlbəcərə gedərkən tutuldu

Koronavirus xəstəsi Kəlbəcər rayonuna icazəsiz keçməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları komendant postunda xidmət aparan zamanı, müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb. Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib. Rayon Polis Şöbəsinin əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb, faktla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026
avatar

Mehman Nəbiyev

Oxşar yazılar