Kişidi deyilən "uşaq oğrusu"  qadın çıxdı - POLİSDƏN AÇIQLAMA
01 may 2025 18:12 (UTC +04:00)

Kişidi deyilən "uşaq oğrusu" qadın çıxdı - POLİSDƏN AÇIQLAMA

Son günlərdə sosial şəbəkələrdə Bakıda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar yayılıb. 

Xüsusilə valideyn qruplarında naməlum şəxsin azyaşlıları qaçırması və ya əxlaqa uyğun olmayan təkliflər etməsi barəsində səs yazıları yayılır. Hətta çadralı şəxsin üzünün görünmədiyi video da paylaşılaraq bu şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı iddia edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a bildirib ki, paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub.

Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.

Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4893

Oxşar yazılar

Kəlbəcərdə zəlzələ oldu

Kəlbəcərdə zəlzələ oldu

31 iyul 2025 , 07:07
Şəki dağlarında yanğın başladı - VİDEO

Şəki dağlarında yanğın başladı - VİDEO

31 iyul 2025 , 00:00
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35